Hadisə 

Bərdədə rabitə işçisi dirəkdən yıxılıb

Bərdədə rabitə işçisi dirəkdən yıxılıb.

ARANTV.AZ  xəbər verir ki, hadisə şəhərin Bahadur Hacıyev küçəsində qeydə alınıb.

Bərdə rayon “Aztelekom” MMC-də mühəndis işləyən rayon sakini, 1986-cı il təvəllüdlü Abdullayev Tural Kamil oğlu rabitə xətlərini təmir edən zaman dirəkdən yıxılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan mühəndis təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər