Hadisə 

Şəkidə avtomobil ağaca çırpılıb, üçü azyaşlı olmaqla dörd nəfər ölüb – YENİLƏNİB

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

20:53

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə axşam saat 19:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu Köbər Zəyzid kəndinin ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, qəza zamanı ölən və yaralananlar var. Avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsin çıxarılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib.

Daha çox xəbərlər