Narkomaniya “ağ ölüm”dür
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Quba Rayon Komissiyası tərəfindən 2022-ci ildə və 2023-cü ilin ötən dövrü ərzində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.
Belə ki, narkomaniyanın dövlətə, cəmiyyətə və insanların sağlamlığına vurduğu zərər barədə əhali arasında maarifləndirmə tədbirlərinin gücləndirilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri barədə əhalinin məlumatlılığının təmin edilməsi məqsədilə mövcud pandemiya şəraiti nəzərə alınaraq, tərəfimizdən əhalinin müxtəlif yaş qrupları ilə geniş izahat işi aparılmışdır.
Rayonun hüquq-mühafizə orqanlarının, yerli KİV-lərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin, Ombudsmanın Quba Regional Mərkəzinin, rayonun təhsil, səhiyyə müəssisələrinin nümayəndələri, məktəb psixoloqları, fəal gənclər və ictimaiyyət nümayəndələri ilə əlaqəli şəkildə, xüsusən gənclər və risk qrupuna aid şəxslər arasında zəruri maarifləndirmə işi həyata keçirilmişdir. Bu barədə məlumatlar mütəmati olaraq sosial şəbəkələrdə və yerli kütləvi informasiya vasitələrində yerləşdirilmişdir.
“Quba Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin narkoloji kabinetində 2023-cü ilin əvvəlində “narkotik maddələrin qəbulu nəticəsində davranış pozuntuları” diaqnozu ilə qeydiyyatda olan 391 nəfərin, 186 nəfəri opioidlərin, 205 nəfər isə kannabioidlərin qəbulu ilə bağlı nəzarətə götürülmüşdür. Ötən dövr ərzində 125 nəfərin narkotik maddələrin epizodik qəbulu faktı müəyyən edilmiş, onlarla müvafiq profilaktiki və tərbiyəvi söhbətin aparılması təmin edilmişdir. Toksomaniya üzrə isə 4 nəfər qeydiyyata götürülmüşdür. Eyni zamanda, bir neçə narkotik maddə qəbul edən 27 nəfər aidiyyəti üzrə qeydiyyata alınmışdır. 2023-cü ilin müvafiq dövrü ərzində 15 nəfər narkomaniya diaqnozu ilə dispanser qeydiyyata, 13 nəfər isə profilaktik qeydiyyata qəbul olunmuşdur.
Həmin şəxslərlə və onların ailə üzvləri ilə mütəmadi qaydada profilaktiki nəzarət tədbirləri davam etdirilir.
Rayon polis şöbəsi tərəfindən keçirilmiş zəruri tədbirlər nəticəsində 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 98 fakt üzrə cəmi 21151,29 qr narkotik maddə, o cümlədən 19861,05 kq qurudulmuş marixuana, 195,974 qr qurudulmayan marixuana, 1082,955 qr heroin, 4,316 həşiş qətranı, 6,559 qr tiryək, 0,48 qr metadon, 25,773 qr psixotrop maddə (metamfetamin), 1,125 qr güclü təsir edici (tramadol) və ümumi çəkiyə sayılmayan çətənə kolu 6608 ədəd (157 kq, 444,235 qr yaş kütlə) aşkar edilmiş, dövriyədən çıxarılma və məsuliyyətə cəlb etmə üzrə qanunamüvafiq fəaliyyət təmin edilmişdir.
Sözügedən fəaliyyət 2023-cü ildə də davam etdirilmiş və cari ilin ötən dövrü ərzində ümumilikdə 62 fakt üzrə cəmi 15625,054 qr narkotik maddə, o cümlədən 10928,558 qr qurudulmuş marixuana, 4696,215 qr heroin, 0,040 qr metadon, 18,305 qr psixotrop maddə (metamfetamin) və ümumi çəkiyə sayılmayan çətənə kolu 78 ədəd (721,683 qr) aşkar edilmiş, aidiyyəti üzrə hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Cari ildə Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə rayon komissiyası tərəfindən müvafiq fəaliyyət davam etdirilmiş, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsinin – üzvünün, habelə digər aidiyyəti qurumların nümayəndələrinin də iştirakı ilə Rayon polis şöbəsində saxlanılan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 5 (beş) məhkəmə hökmü üzrə ümumilikdə 241,557 qr qurudulmuş marixuana, 0,999 qr çətənə toxumu, 1,447 qr çətənə şitilləri, 0,043 qr heroin, 0, 519 qr metamfetamin, 0,3 ml heroin məhlulu (həmin məhlulda təmiz xalis çəkisi 0,024 qr heroin), 5,831 qr marixuana Quba rayonunun Birinci Nügədi kəndində xüsusi ayrılmış yerdə yandırılma yolu ilə məhv edilmiş, proses aktlaşdırırlaraq, foto və video çəkiliş aparılmışdır.
2023-cü ilin 01 yanvar – 30 iyun tarixləri ərzində Quba Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi üzrə 21 iş üzrə icraat, həmin Məcəllənin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə 3 iş üzrə icraat aparılaraq müvafiq hökmlər çıxarılmışdır.
Eyni dövr ərzində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 56 iş üzrə icraatlar aparılaraq inzibati qaydada həbs edilmə, habelə müvafiq məbləğlərdə cərimələmə sanksiyaları tətbiq edilmişdir.
Həmçinin ötən dövr ərzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş tapşırıqların icrası məqsədilə Quba rayonu üzrə Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz filialı, habelə Quba Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən müvafiq komissiyalar (Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya, RİH başçısı yanında Qəyyumluq və himayəçilik komissiyası) tərəfindən yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması sahəsində silsilə tədbirlər davam etdirilmiş, aidiyyəti məsul şəxslərlə birlikdə təşkilati və maarifləndirmə tədbirləri davam etdirilmişdir. Belə ki, şəxslərin zərərli vərdişlərdən, o cümlədən narkotik vasitələrdən asılılıqdan çəkindirilməsi üçün RİH başçısı aparatında, Zərdabi qəsəbə inzibati ərazi dairəsində, İkinci Nügədi kəndində, Quba şəhərində maarifləndirmə işləri, mütəxəssislərin iştirakı ilə müzakirələr aparılmışdır.
Narkomaniyaya qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Proqramında müəyyən edilmiş tapşırıqların yüksək səviyyədə həyata keçirilməsi məqsədilə Narkomanlığa, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun üzvlərinin, Quba Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının, Quba Rayon Polis Şöbəsinin, Quba Rayon Mərkəzi Xəstəxanasının nümayəndələrinin, ADPU-nun Quba filialının tələbələrinin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin, Quba Dövlət Sosial İqtisadi Kollecinin tələbələrinin də iştirak etdikləri maarifləndirmə tədbirləri, habelə müzakirələr təşkil edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli1334 nömrəli Sərəncamı ilətəsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda icrasının təmin edilməsi məqsədilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası tərəfindən 2023-cü ilin müvafiq dövrü ərzində də zəruri tədbirlər həyata keçirilmiş, aidiyyəti orqanlar və təşkilatlarla əlaqəli fəaliyyət təmin edilmişdir.
Hesabat dövrü ərzində Quba rayonunda narkomaniyaya qarşı mübarizə sahəsində fəaliyyət həyata keçirilmiş, rayonun hüquq-mühafizə orqanları tərəfindən yabanı halda bitən və qanunsuz əkilən narkotik xassəli bitkilərin məhv edilməsi və bu istiqamətdə tədbirlərin gücləndirilməsi məqsədilə proqramın icrası müddətində mütəmadi olaraq əməliyyat-axtarış tədbirləri həyat keçirilmiş,narkotik maddə və vasitələr aşkarlanaraq dövriyyədən çıxarılmışdır.
Müvafiq dövrü əhatə edən tədbirlər planına uyğun olaraq narkomanlığa və narkotik vasitələrə qarşı mübarizə sahəsində əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, erkən müalicənin labüdlüyü, narkotiklərin insan orqanizminə məhvedici təsiri və s. barədə müvafiq material rayonun inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə göndərilmiş, təbliğat işinin təşkil olunması üçün müvafiq şərait yaradılmışdır. Belə ki, ümumilikdə Quba rayonunda narkomanlığa və narkotik maddələrin, həmçinin onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması məqsədiləvətəndaşların aktiv fəaliyyət göstərməsi üçün “802” Qaynar xətti barədə, habelə Quba rayonu üzrə yaradılmış etimad telefonundan (023)335-62-12) istifadə imkanları mütəmadi olaraq təşviq edilmiş, Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri vasitəsi ilə əhali arasında maarifləndirmə tədbirləri cari ilin ötən dövrü ərzində də həyata keçirilmişdir.
Bu ilin ötən dövrü ərzində narkomanlığın dövlətə, cəmiyyətə və insanların sağlamlığına vurduğu zərər barədə əhali arasında maarifləndirmə tədbirlərinin gücləndirilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin əhaliyə izah edilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Quba Rayon Komissiyasının təşkilatçılığı ilə RİHB-nın Quba şəhəri, Zərdabi qəsəbəsi, İkinci Nügədi İƏD-ləri üzrə nümayəndəliklərində, Rayon polis şöbəsi ilə birgə müvafiq orta məktəblərdə, digər hüquq mühafizə orqanlarının, təhsil müəssisələrinin əməkdaşlarının,ağsaqqalların, din xadimlərinin və ictimaiyət nümayəndələrinin iştirakı ilə gənclərin, eləcə də sakinlərinin dəvət olunduğu “Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu”, “Narkomaniya – ağ ölümdür!”, “Narkomaniya XXI əsrin bəlasıdır”, “Narkomaniyasız sağlam həyata doğru”, “Narkomaniyaya yox deyək!”, həmçinin Quba Rayon Heydər Əliyev Mərkəzində, İkinci Nügədi kənd “Molla Hud” məscidi dini icması ilə birlikdə narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirləri keçirilmişdir. Həmin tədbirlərə rayonun hüquq-mühafizə orqanlarının, yerli KİV-lərin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin, Ombudsmanın Quba Regional Mərkəzinin, rayonun təhsil, səhiyyə müəssisələrinin nümayəndələri, məktəb psixoloqları, fəal gənclər və ictimaiyyət nümayəndələri dəvət olunmuşdur.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tövsiyələri nəzərə alınmaqla əhalinin müxtəlif yaş qrupları, xüsusən də gənclər arasında antinarkotik düşüncə tərzinin formalaşdırılması məqsədilə rayonun inzibati ərazi dairələri üzrə müxtəlif ünvanlarda maarifləndirmə materialları əsasında məlumat lövhələri yerləşdirilmiş, əhaliyə bukletlərin paylanması təşkil edilmiş, habelə məlumatların elektron daşıyıcılarda yayılması təmin edilmişdir.
Quba Rayon Gənclər və İdman İdarəsi tərəfindən xüsusən gənclər və yetkinlik yaşına çatmayanlar arasında narkomanlığa qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə pandemiya şəraitinə uyğun şəkildə müxtəlif intellektual müsabiqələr, viktorinalar, idman yarışları təşkil edilmiş, narkomaniyanın ağır fəsadları barədə maarifləndirmə aparılmışdır.
Qeyd olunanlarla yanaşı, əhalinin müxtəlif yaş qrupları, xüsusən gənclər arasında antinarkotik düşüncə tərzinin formalaşdırılması ilə bağlı tədbirlərin təşkilinin, habelə davamlı təbliğat işinin yerlərdə icrasının müasir dövrün tələbləri səviyyəsində qurulması məqsədilə rayon komissiyası tərəfindən yeni yanaşmaların, metodların dəqiqləşdirilməsi və tətbiqi istiqamətində fəaliyyət davam etdirilir. Bu baxımdan 2023-cü il ərzində rayonda narkomanlığa qarşı mübarizə üzrə tədbirlərin həm əhatə dairəsinin, həm də səmərəliliyinin artırılması qarşıda duran vacib məsələlərdəndir.
Quba rayonunda narkomaniya ilə bağlı mövcud faktlar əsasında araşdırımalar aparılmaqla gələcəkdə mənfi halların qarşısının alınması, narkomanlığın azalma istiqamətində tendensiyasının təmin edilməsi məqsədilə tərəfimizdən profilaktik tədbirlərin sistemli şəkildə və davamlı olaraq həyata keçirilməsi nəzarətdə saxlanılır.
Qəmbər Abdullayev,
Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Komissiyanın məsul katibi

