Gündəm 

,,VƏTƏN SƏRHƏDDƏN BAŞLAYIR”

Dövlətimizin və müstəqilliyimizin əsas atributlarından biri sayılan sərhədlərimizin keşiyində qürurla dayanan,beynəlxalq terrorizmə,qaçaqmalçılığa,narkotik vasitələrin gizli dövriyyəsinə,qeyri-qanuni miqrasiyaya qarşı qətiyyətlə mübarizə aparan  Dövlət Sərhəd Xidməti yaradılmasının 104-cü ildönümüdür.
Dövlət Sərhəd Xidməti sərhədlərimizdə dövlət maraqlarımızın yüksək səviyyədə qorunmasını təmin etməklə yanaşı,sosial inkişaf məsələlərini də ardıcıl həll edir. Əsgərliyimi Şəmkir rayonundakı N saylı hərbi hissədə qulluq edən bir sərhədçi kimi deyə bilərəm ki,DSX tərəfindən aparılan tikinti-quruculuq işləri sayəsində ölkəmizdə güclü sərhəd infrastrukturu yaradılıb.Sərhəd məntəqələrindəki xidmət otaqları lazımi avadanlıq və vasitələrlə təmin olunub.Yüksək səviyyədə təmir olunmuş sgər yataqxanası,istirahət və təlim otaqları,hamam-camaşırxana,müxtəlif təyinatlı anbarlar,mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri,zabit və gizir ailələri üçün mənzillər,hətta uşaq şəhərcikləri olan zastava kompleksləri sərhədçilərin xidməti istifadəsindədir.Bütün sərhəd zastavalarında və dəstələrində  sərhədçilərə idmanla məşğul olmaq üçün lazımi şərait yaradılıb.Futbol,voleybol,basketbol meydançaları və.a təmin olunmuşdur. 44 günlük Vətən müharibəsi zamanı DSX müasir hərbi-texniki nailiyyətləri ilə düşmənə ağır zərbələr vurdu.Dronların bir çoxu məhz DSX tərəfindən tətbiq edilib.Xüsusilə də “Harop”,“Quzğun” və “Hermes” pilotsuz uçuş aparatları vasitəsilə işğalçılara ağır zərbələr endirən sərhədçilər bütövlükdə 290 düşmən hədəfini məhv ediblər.Düşmənə köməyə gələn ehtiyat qüvvələri uğurla məhv edən sərhədçilərin əməyini unutmamaq lazımdır.44 günlük Vətən müharibəsində sərhədçilər bir sıra rayonların işğalçılardan təmizlənməsi ilə yanaşı,dövlət sərhədlərinin azad olunmasında da yaxından iştirak edib,böyük qəhrəmanlıqlara imza atmışdır.

,,Aərbaycan Vətənpərvərlər “İctimai Birliyinin sədri Mahmudzadə Elvin

Daha çox xəbərlər