Dünya 

Çerniqova atılan raket nəticəsində ölənlərin və yaralananların sayı açıqlandı – YENİLƏNİB + FOTO/VİDEO

Ukraynanın Çerniqov şəhərinə atılan raket zərbəsi nəticəsində yeddi nəfər ölüb, 10-u polis və 12-si uşaq olmaqla 90 nəfər yaralanıb. Onlardan 25 nəfəri xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenkonun sözlərinə görə, yaralı 12 yaşlı qız təcili yardım maşını ilə Kiyevə aparılır, uşağın vəziyyəti ağırdır.

Mənbə: UNİAN

14:55

Bu gün səhər saatlarında Ukraynanın Çerniqov şəhərində partlayış səsi eşidilib.

Şəhərin raket atəşinə tutulması faktını Çerniqov Vilayət Hərbi Administarsiyası təsdiqləyib.

Administrasiya rəhbəri Vyaçeslav Çaus rus qoşunlarının şəhərin mərkəzinə zərbə endirdiyini, ehtimal ki, ballistik raketdən istifadə etdiyini bildirib və şəhər sakinlərini gizlənməyə çağırıb.

Hadisə yerindən verilən xəbərə görə, endirilən raket zərbəsi nəticəsində ölənlər və yaralananlar var. Onların sayı hələlik məlum deyil. Bildirilir ki, raketin düşdüyü binada bu gün pilotsuz təyyarələrin sərgisi keçirilib.

İnsanların ölməsi və yaralanması faktını Çerniqov şəhərinin meri vəzifəsini icra edən, şəhər şurasının katibi Aleksandr Lomako təsdiqləyib.Məlumata görə, Çerniqovun mərkəzində insanlar təxliyə edilirlər. Hadisə yerində xilasedicilər, həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışırlar. Şəhər mərkəzi qismən bağlanılıb.

Mənbə: fakty.com.ua

Daha çox xəbərlər