Balakəndə sürücünün yanaraq öldüyü dəhşətli qəzanın görüntüləri yayıldı – YENİLƏNİB + VİDEO
Balakəndə sürücünün idarəetməsindən çıxan avtomobil ağaca çırpılaraq yanıb.
Nəticədə “Daewoo” markalı avtomobil alışarkən, 35 yaşlı sürücü Aruz Dinavasov sükan arxasından çıxa bilməyib. Onun yanmış meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
“Qafqazinfo” hadisənin kamera görüntülərini təqdim edib:
15:22
Balakən rayonunda avtomobil yanıb, sürücü yanaraq ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, hadisə Balakən rayon Tülü kəndi ərazisində baş verib.
Belə ki, Tülü kənd sakini 1988-ci il təvəllüdlü Aruz Dinavasova məxsus markalı “Daewoo” minik avtomobilində yanğın baş verib.
Yanğın yerinə Balakən yanğından mühafizə hissələrinin texnikaları cəlb olunub. Yanğın nəticəsində sürücü Arus Dinavasov avtomobildə yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.

