Gündəm 

Ermənistanın növbəti uğursuz avantürası

Azərbaycanın şanlı Zəfərindən üç ilə yaxın zaman ötməsinə baxmayaraq, ermənilər hələ də məğlubiyyətlərilə barışmırlar. Onlar hər vəchlə təxribatlar törətməyə, “haqsızlığa məruz qalmış xalq” kimi dünya ictimayətindən bu “ədalətsizliyə son qoymaq” üçün kömək istəyirlər. Son dövrlərdə Ermənistan hökümətinin humanitar yardım adı altında Laçın-Xankəndi yolunda yaratdıqları maşın şousu həmin siyasi oyunlardan biridir.

Bu il avqust ayının 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin müraciətləri əsasında Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlandığını” və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin “humanitar böhran” şəraitində yaşamaları məsələsini müzakirə etmək üçün təcili iclası keçirilmişdir.

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış etmişdir. O, Ermənistanın beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq məqsədilə davamlı dezinformasiyalar yayması barədə məlumat vermiş, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyini açıqlamışdır.

Yaşar Əliyev Ermənistanın məğlubiyyətilə barışmayaraq apardığı yanlış siyasi təbliğat kimi ölkəmizin guya erməni əhalini “blokada”da yaşadaraq onlara göndərilən yardımlardan imtina edilməsini, yaşanılan “humanitar böhran” ilə bağlı bütün ittihamların əsassız olduğunu, əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniya olduğunu bildirmişdir.

Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın ərazi bütövlüyünü təmin edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına məhəl qoymamışdır. Yaşar Əliyev indi onların Təhlükəsizlik Şurasına müraciətini beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsi kimi qiymətləndirmişdir.

Yaşar Əliyev humanitar yüklərin Qarabağ bölgəsinə çatdırılması məqsədilə iki istiqamətin planlaşdırıldığını diqqətə çatdırdı.  Lakin erməni tərəfi avqust ayının 5-i qeyri-qanuni ilkin şərtlər və müxtəlif bəhanələr irəli sürməklə hər iki razılaşmadan son anda geri çəkildi. Azərbaycan tərəfi Rusiya Federasiyası, ABŞ, Avropa İttifaqı və BQXK ilə sıx əməkdaşlıq edərək vəziyyətdən çıxış yollarını tapmağa çalışsa da, Ermənistan diplomatik səylərə qəsdən maneə törədir.

Yaşar Əliyev çıxışında BQXK vasitəsilə Azərbaycanın Qarabağda yaşayan erməni sakinlərinə təklif etdiyi humanitar yardımla bağlı bəzi faktları iclas iştirakçılarının diqqətinə çatdırdı. “Ermənistanın BQXK-dan siyasi məqsədləri üçün sui-istifadə etməsi də açıq şəkildə göstərir ki, beynəlxalq mövcudluğun, o cümlədən BMT-yə bağlı təşkilatların artırılmasına dair çağırışların humanitar narahatlıqlarla heç bir əlaqəsi yoxdur, bunun əvəzinə məqsəd manipulyasiya etmək üçün daha çox alət əldə etməkdir”.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Daha çox xəbərlər