Hadisə 

Pirşağı çimərliyində bir nəfər batıb

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən bir kilometr aralı, nəzarətsiz ərazi) bir nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Daha çox xəbərlər