Kaluqaya PUA hücumu zamanı təyyarə zədələnib – YENİLƏNİB
Avqustun 21-də Rusiya Federasiyası Kaluqa vilayətinin Kirov rayonu ərazisində dəf edilən PUA yerə düşərkən aerodromda yerləşən istifadə olunmayan təyyarəni zədələyib.
İnsanlar zərər görməyiblər, infrastruktura digər ziyan dəyməyib.
12:52
Rusiya Federasiyası Kaluqa vilayətinin Kirov rayonu ərazisində pilotsuz uçan aparatın (PUA) hücumu dəf edilib.
Bu barədə vilayətin qubernatoru Vladislav Şapşa məlumat verib.
“Bu səhər çətin meteoroloji şəraitə baxmayaraq, Kirov rayonu ərazisində PUA-nın hücumu dəf edilib”, – Şapşa “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, hadisə zamanı insan itkisi olmayıb, infrastruktura ziyan dəyməyib.
Mənbə: İzvestiya, Baza

