Avtomobilin dövlət qeydiyyat nişanı yararsız hala düşərsə… – XƏBƏRDARLIQ + FOTO
Avtomobilin dövlət qeydiyyat nişanı yararsız olduğu halda sürücülər onu dəyişdirməlidirlər.
Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev məlumat verib.
O qeyd edib ki, müvafiq qanuna əsasən, avtonəqliyyat vasitələri üçün mövcud dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə 30 manat rüsum ödənilir.

