Dünya 

Əlcəzair hava məkanını Fransaya bağladı

Əlcəzair Nigerə müdaxilə etmək istəyən Fransanın hərbi təyyarələri üçün hava məkanını bağlayıb.

Bu barədə məlumatlı mənbələr xəbər verib.

Bildirilir ki, Əlcəzair hava məkanı təmin etməklə bağlı Parisin istəyini rədd edib. Bundan sonra Fransa Mərakeşə də analoji tələb irəli sürüb və razılıq alıb.

Xatırladaq ki, Nigerdə ​​Fransanın hərbi bazasının yaxınlığında Fransa qüvvələrinin ölkədən çıxarılmasına dəstək nümayişi keçirilib.

Mənbə: Al-Habr

Daha çox xəbərlər