Cəmiyyət 

Uşaq süni qidalarının bahalaşmanın səbəbi nədir?-AÇIQLAMA

Bakıda uşaq süni qidalarının qiyməti kəskin bahalaşdığı qeydə alınıb. Paytaxtın iri supermarketlərində süni qidaların qiymətinin 111 manata qədər qalxdığı bildirilib. İqtisadçı-ekspert Eldəniz Əmirov məsələ ilə bağlı BiG.AZ-a açıqlama verib:

“Azərbaycanda süni qidaların qiymətinin artmasında əsas faktorlar inflyasiyadır. Qida olduğuna görə, inflyasiya ən çox qida məhsulları üzərində olduğuna görə bu sahədə özünü göstərir. İkinci bir məsələ ailələrdə süni qidalardan istifadənin artmasıdır. Bu tələbin artması deməkdir. Tələbin artması qiymətə təsir edir. Üçüncü faktor isə söhbət uşaqdan getdiyinə görə valideynlər öz qidalarına fikir vermirlər. Amma övladlarının qidalandığı məhsul hansı qiymətə olursa olsun alıb uşaqlarına yedizdirirlər. Bu da yenidən artım tələbi deməkdir. Bütün hallarda inflyasiya və tələbin artması süni uşaq qidalarının artımının əsas səbəbidir”.

Daha çox xəbərlər