Cəmiyyət 

Pişiklərlə bağlı xurafatların əsas səbəbi nədir?

Pişik bir çox müxtəlif mədəniyyətlərdə və dövrlərdə sehrin simvolu idi. Qədim misir mədəniyyəti pişiklərə olan sədaqəti ilə məşhur idi. Tez-tez tarixlərində adı çəkilən pişik başlı qadın kimi təsvir olunan Bastet Misir panteonunda ən sevimli tanrılardan biri idi. Bastet ailənin və qadınların məxfiliyinin ilahəsi, pis ruhlardan, xəstəliklərin qoruyucusu idi. Ölkə qədim zamanlarda pişiklərin qorunması üçün xüsusi qurum yaratdı. Pişiklərin öldürülməsi, ölkədən xaric olunması və satılmasına görə ölüm cəzası qəbul olundu. Misirdə müqəddəs sayılan pişiklər mürəkkəb əhval-ruhiyyələrinə görə, Qədim Yunanıstanda sirli varlıqlar hesab edilirdilər. Orta əsrlər Avropasında onlar cadugərlərin işbirlikçiləri kimi görürlür və şeytanla əlaqələndirilirdi.

Günümüzdə pişiklərlə bağlı xurafatların əsas mənbəyi əsrlər əvvələ gedib çıxır. XIV əsrdə Papa IX Qriqorinin hekayəsi pişiklər haqqında meydana gələn xurafatların başlanğıcıdır. Papanın pişiklərə nifrət etdiyi və onları məhv etmək üçün fətva verdiyi məlumatları geniş yayılıb. İddialara görə, pişiklərin kütləvi şəkildə öldürülməsi vəba epidemiyasının Avropada yayılmasına səbəb olub. Lakin, IX Qriqorinin nifrət etdiyinə görə pişikləri öldürməsi üçün fətva verdiyini götərən heç bir tarixi sübut yoxdur. Bu iddialar papanın alman kralına göndərdiyi “Ramada Voks” adlı fərmana əsaslanır. Amma iddiaların əksinə olaraq, məktubda pişiklərin öldürülməsi ilə bağlı heç nə deyilmir. Fərmanda Ştedinqer qəsəbəsində kəndlilərin bidət ayinlərində iştirak etdiklərinə dair məlumatlar əks olunub. Fərmanın mühüm hissələri “Sənədli tarix” kitabında tərcümə edilib.

Fərmanda pişiklərdən bəhs edən bölmə var. Amma burada pişiklərin öldürülməsindən yox, rituallardan bəhs olunur. Papa Lusifer məzhəbinin üzvlərinin iştirak etdiyi qəribə ayinlərdən birini təsvir edərkən qara pişiklərdən bəhs edir. Araşdırmalardan aydın olunub ki, məktubun yazılma tarixi ilə sözügedən “qara bəla” yəni vəba xəstəliyi xronoloji cəhətdən uyğun deyil. Tarixdə insanların qəribə səbəblərə görə pişikləri öldürdüyü nadir hallar var. Belə hallar o dövrlərdə əsasən yerli problemlər idi və pişiklərinin sayının azaltmaq miqyasında deyildi. Nəticə etibarilə, pişiklərin yaranmasının Avropada vəbanın yayılması ilə heç bir əlaqəsi yox idi.

Daha çox xəbərlər