Qaraciyəri məhv edir, psixoza səbəb olur: ən zərərli içki
ARANTV.AZ xəbər verir ki, bu sözləri diyetoloq Yelena Solomatina deyib.
“Absentin gücü təxminən 70-75%, bəlkə də daha çoxdur. Üstəlik, yovşandan başqa bir zəhərli komponent var. Bütün bunları udmaq və zərərsizləşdirmək orqanizm üçün çox çətindir”, – o, “Москва 24”-ə müsahibəsində bildirib.
Mütəxəssis əlavə edib ki, absent qaraciyər və böyrəkləri məhv edir, çünki onlar zəhərli maddələrin təzyiqinə tab gətirə bilmirlər ki, bu da ürək və beyinə çox təsir edir. Nəticədə, insan hətta dəlilik və psixozla qarşılaşa bilər.

