Cəmiyyət 

Qastroenteroloq: Yay mövsümündə bəzi qidalardan uzaq durmaq lazımdır

“Yayda insan orqanizmi ciddi maye itkisinə məruz qaldığından bol maye qəbulu önəmlidir”.

ARANTV.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, qastroenteroloq Emin Məmmədov yay aylarında düzgün qidalanma ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, bu mövsümdə meyvə və tərəvəzlərin qəbuluna xüsusi diqqət yetirilməlidir: “Xama, mayonez, süd, balıq və farşdan hazırlanan qidalardan uzaq durmaq lazımdır. Yay aylarında qidalanma rejimini dəyişərkən yorğunluq və halsızlıq ola bilər”.

Daha çox xəbərlər