Rusiyada bütün sərnişinlərin həlak olduğu təyyarə qəzası: Siyahıda Yevgeni Priqojin də var – YENİLƏNİB + VİDEO
Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədəki sərnişinlər arasında Yevgeni Priqojin də olub.
Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
“Bu axşam Tver vilayətində baş verən “Embraer” təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Təyyarənin göyərtəsində olan sərnişinlərin siyahısına əsasən, onların arasında Yevgeni Priqojinin adı və soyadı da var”, – Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında qeyd olunub.
21:03
Rusiyanın Tver vilayətində şəxsi təyyarə qəzaya uğrayıb.
İlkin məlumatlara görə, təyyarənin göyərtəsində yeddi nəfər olub.
Onların hamısının öldüyü ehtimal edilir.
Rusiya “Telegram” kanalları təyyarənin “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə məxsus olduğunu yazırlar.
Hələlik Rusiyanın aidiyyəti qurumları qəza ilə bağlı açıqlama yaymayıblar.
Mənbə: Baza

