31 il sonra meyitinin qalıqları tapılmış Adil Niftəliyevlə vida mərasimi keçirilir – FOTO
Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyitinin qalıqları tapılmış Adil Kamal oğlu Niftəliyevlə vida mərasimi keçirilir.
“Report”un Şimal bürosu xəbər verir ki, vida mərasimi Xaçmaz rayonunun Kiçik Baraxum kəndində keçirilir.
Mərasimdə mərhumun yaxınları, rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edirlər.
O, Dədəli kənd qəbiristanlığında ata və anasının məzarlarının yanında dəfn ediləcək.

