Cəmiyyət 

Laçının Zabux kəndinə ilk köç yola salınır

Bu gün Laçın rayonunun Zabux kəndinə ilk köç karvanı yola salınır.

ARANTV.AZ-ın məlumatına görə, ilk mərhələdə 20 ailə (88 nəfər) kəndə köçürüləcək.

Xatırladaq ki, keçmiş məcburi köçkünlər Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış massivindən Laçın rayonunun Zabux qəsəbəsinə yola salınırlar.

Qeyd edək ki, Laçın rayonunun Zabux kəndi 2022-ci ilin avqustun 26-da erməni işğalından azad olunub və Azərbaycan Ordusunun nəzarətinə keçib.

Daha çox xəbərlər