Cəmiyyət 

Anar Bağırov: Naxçıvanda vəkillərin sayının azalması bizi narahat edir

“Çox təəssüf ki, Naxçıvanda vəkillərin sayı azalır. Bu da bizi narahat edir”.

ARANTV.AZ  xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

“Son 5 ildə Azərbaycanda vəkillərin sayının artmasına baxmayaraq, Naxçıvanda azalma müşahidə edilir. Bu da bizi narahat edən əsas amillərdən biridir. Biz bu istiqamətdə dəstəyimizi davam etdirməliyik”, – sədr vurğulayıb.

Daha çox xəbərlər