Dünya 

ABŞ-də hərbi helikopter qəzası: Dəniz piyadaları həlak oldular – YENİLƏNİB + VİDEO

Avstraliyanın şimalında qəzaya uğrayan, göyərtəsində ABŞ dəniz piyadalarının olduğu hərbi helikopterin 23 sərnişini arasında olan üç amerikalı hərbçinin həyatını itirdiyi məlum olub.

Bu barədə yerli mətbuat ABŞ Hərbi Dəniz Piyadaları Korpusunun nümayəndəsinə istinadən məlumat yayıb.

“Ümumilikdə, təyyarədə 23 nəfər olub. Üç nəfərin ölümü təsdiqlənib, daha beş nəfər ağır vəziyyətdə Kral Darvin Xəstəxanasına çatdırılıb”, – məlumatda qeyd olunur.

10:12

ABŞ-nin 20 dəniz piyadasını daşıyan “V-22 Osprey” hərbi helikopteri Avstraliya sahillərində qəzaya uğrayıb.

Məlumata görə, hadisə Melvil adası yaxınlığında Avstraliya, ABŞ, İndoneziya, Filippin və Şərqi Timordan olan şəxsi heyətin iştirak etdiyi “Predators Run” təlimləri zamanı baş verib.

Ekipaj üzvlərinin itkin düşdüyü bildirilir.

Mənbə: SkyNews

Daha çox xəbərlər