Almatıda minik avtomobili avtobus dayanacağına çırpılıb, yaralılar var – VİDEO
Qazaxıstanın Almatı şəhərində minik avtomobilinin avtobus dayanacağına çırpılması nəticəsində yeddi nəfər xəsarət alıb.
Məlumatı Almatının Baş Polis İdarəsi də təsdiq edib.
Qeyd olunur ki, hadisəni törədən 36 yaşlı sürücü “Mercedes-Benz” markalı avtomobildə olub. O, idarəetməni itirib və avtomobil avtobus dayanacağına çırpılıb.
Xəsarət alan piyadalar tibb müəssisələrinə yerləşdiriliblər.
Onların sağlamlıq vəziyyəti barədə əlavə məlumat verilməyib.
Mənbə: Sputnik Qazaxıstan
Mənbə: Sputnik Qazaxıstan

