Cəmiyyət 

Hər bir gənc öz həyat yolunu müstəqil Azərbaycanın gələcək yolu kimi qəbul etməlidir

Hər bir ölkədə gənclər mühüm rola malik potensial qüvvə hesab olunur. Gənclər ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və hərbi həyatında göstərdikləri güclü aktiv fəaliyyətləri ilə zəngin bazadırlar. Bu gün Azərbaycan gəncliyi də cəmiyyətdə tutduğu fəal mövqeyi və çevikliyi ilə seçilir. Azərbaycanımızın gələcəyi olan gənclər inkişafın və modernləşmənin operativ ön cəbhəsidir. Ümummilli liderimiz Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərirdi və deyirdi: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik.”

Bəli, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Bu gün qürurla  demək olar ki, gənclərimiz elm və təhsil sahəsində yüksək nailiyyətlər qazanaraq cəmiyyətin inkişafına öz layiqli töhfələrini verirlər. Gənclərimiz milli-mənəvi dəyərlərimizin qorunmasında, dövlətçilik ənənələrimizin dünyada tanıdılmasında səy və bacarıqlarını təsdiqləyir, qəhrəmanlığın, vətənpərvərliyin təbliğ olunmasında böyük işlər aparır və cəmiyyətin inkişafı istiqamətində ciddi addımlar atırlar.

Ümummilli Liderimizin vaxtilə söylədiyi fikirlər bu gün böyüməkdə olan nəsil üçün dəyərli və müdrik tövsiyə kimi qəbul olunur: “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.

Bu fikirləri oxuduqda insanda yaranan məsuliyyət hissi, bizləri bu vətən üçün nələrsə etməyə vadar edir. Gənclərimiz bu günkü gün yalnız arxa cəbhədə deyil, həm də ön cəbhədə öz şücaətlərini yetərincə göstərmişdirlər. Təhsilimizlə, digər ölkələrdə vətənimizi tanıtmaqla., musiqimiz, rəqsimiz, mədəniyyətimiz və s… arxa cəbhədə gənclərimizin vətənimiz üçün edəcəyi işlər bu və bundan artıqdır.  Ən əsası Ümummilli Liderimizin dediyi kimi “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir.”

44 günlük müharibəmizin qələbə ilə nəticələnməsində böyük rolu olanlar demək olarki gənclərimiz idi. Cəbhədə vuruşan igidlərimiz, şəhidlik zirvəsinə ucalan minlərlə əsgərimiz… ən bariz nümunədir. Bizlər bu yurdun övladı olmaqdan qürur duyuruq. Mən və biz gənclər var olduqca bu müstəqilliyi qoruyub saxlamağa, bu ölkəni tanıtmağa və bugünkü gün var olmamıza səbəb olan, həyatlmızı rahat yaşamağa borclu olduğumuz qəhrəmanlarımızı daim yaşatmağa söz veririk.

Türkan Ağaverdiyeva,
YAP Xətai rayon təşkilatının fəalı

Daha çox xəbərlər