Hadisə 

Bakıda avtomobil azyaşlının ayağının üstündən keçib

Bakının Nəsimi rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil 2017-ci il təvəllüdlü Ş.G.-nin sağ ayağının üstündən keçib.

Azyaşlı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Daha çox xəbərlər