Gündəm 

Məğrur Laçın

26 Avqust -Laçın Şəhəri Günüdür. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib.Lakin Laçın yolu Laçın şəhərindən keçdiyindən şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalıb.Alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan Ordusu 26 avqust 2022-ci ildə Laçın şəhərinə yerləşib, eyni zamanda Zabux və Sus kəndləri nəzarətə götürülüb, Laçın şəhərində Azərbaycan bayrağı ucaldılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, 26 avqust – Laçın şəhəri günü kimi təsis edilib. Bu gün münasibətilə “Laçın şəhəri günü”bayram tədbiri keçirilib.

Tədbir Laçın şəhərində Həkəri çayının sahilində təşkil olunub. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.Həkəri çayının sahilində, Bulvar ərazisində Uşaq İncəsənət Festivalının yay düşərgəsində finala çıxmış şagirdlərin rəssamlıq, dekorativ-tətbiqi sənət və digər istiqamətlər üzrə əsərlərinin təqdimatları olub. Burada, həmçinin Laçın mətbəxindən nümunələr təqdim edilib, “Hünər meydanı”nda zorxana, pəhləvanlar və kəndirbazların çıxışları olub, qiraətçilər laçınlı şairlərin şeirlərini səsləndiriblər.

Ölkə başcısı tədbirdə çıxış edərək, əlamətdar gün münasibətilə laçınlıları təbrik edib,Laçında  görülən işlər barədə,laçınlıların evlərinə qayıtmasından söz açıb. Qeyd etmək lazımdırki, artıq 1000 Laçın sakini köçürülüb və bu proses ilin sonuna qədər davam edəcək.Bu gün isə biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə.

Günel Süleymanlı,
YAP Xətai rayon təşkilatının “General Şıxlınski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

Daha çox xəbərlər