Cəmiyyət 

Füzuliyə, Laçına Böyük Qayıdış başlayıb

Niyə sevinmirsən, Gültəkin Hacıbəyli?

Dağıdıcı müxalifət düşərgəsi artıq uzun müddətdir ki, siyasi palitranın ən passiv kəsiminə çevrilib. Xalq tərəfindən dəstəklənməyən, xarici ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirən radikal düşərgə təmsilçiləri hazırda yalnız sosial şəbəkələrdə gözə dəyməklə varlıqlarını sübut etmək istəyirlər. Sosial şəbəkələrdə şər-böhtan, yalan yaymaqla məşğul olan, ermənipərəst mərkəzlərin direktivləri əsasında ölkəmizə qarşı həyata keçirilməsinə çalışılan antimilli kampaniyaların önündə yer alan bu azsaylı kəsim bir daha öz simasını cəmiyyətə nümayiş etdirir.

Yalnız sosial şəbəkələrdəki taftologiyaları ilə gündəmə gəlməyə çalışan bu qüvvələrin virtual fəaliyyəti də düşmən dəyirmanına su tökməyə xidmət edir. Belə “siyasi qüvvələrin” önündə isə AXCP və qondarma “Milli Şura” gedir.

Xüsusilə də son illərdə sosial şəbəkələrdə satqınlar etalonu AXCP sədri Əli Kərimlinin şinelindən çıxmış, “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü olan Gültəkin Hacıbəyli ölkənin hər bir uğuruna kölgə salmağa, şəhidlərimizin canı-qanı hesabına, ordumuzun şücaəti sayəsində qazanılan parlaq Zəfərin dəyərini kiçiltməyə cəhdlər edir. İstər 2016-cı ilin Aprel döyüşlərində, istərsə də də 44 günlük Vətən müharibəsinin getdiyi günlərdə ortaya qoyduğu mövqe onun nə qədər ermənipərəst olduğunu açıq şəkildə  göstərmirşdi. Cəmiyyətimiz belələrini ikrahla qarşılayır və birmənalı olaraq rədd edir.

Tez-tez mövqe dəyişməsi ilə tanınan bu xanım əvvəllər unikal Azərbaycan modelindən danışırdısa, bu gün radikal müxalifət düşərgəsində, daha doğrusu virtual şəbəkəsində şər-böhtan yazmaqla məşğuldur.  Buna əmin olmaq üçün onun sosial şəbəkə statuslarına nəzər yetirmək kifayətdir. G.Hacıbəyli yazır: “Bədbin, qanqaraldıcı statuslar yazmaqdan özüm də bezmişəm. Bu ölkədə yaxşı işlər axtarıram ki, haqqında yazım. Bəlkə sevindirici xəbərlər, işlər də var, mən bilmirəm?”

Həqiqətən də bu qadın nə danışdığını bilmir. Doğrudanmı tarixin mühün anında olduğumuzu görmür? Gəlin nəzər yetirək. Tarixi Qələbə qazanmışıq, Zəfər marşındayıq. Bu, təkcə 30 il müddətində əzəli və əbədi yurd-yerlərimizi əsarətdə saxlayan işğalçı dövlət üzərində əldə edilmiş qalibiyyət deyil. Belə bir mürəkkəb regionda və çətin geosiyasi şəraitdə məkrli qüvvələrin, vəziyyətdən istifadə etməyə çalışanların planlarını pozmaq – niyyətlərini iflasa uğratmaq sadəcə olaraq fövqəladə nailiyyət, yaxud siyasi möcüzədir. Belə bir çətin şəraitdə ölkədə sabitliyi, həmrəyliyi təmin edə, üçrəngli bayrağımızı Şuşa zirvəsində dalğalandıra bilmişik, azad etdiyimiz Qarabağı abad məkana çeviririk. Azərbaycanın inkişafında yeni mərhələ başlayıb. Hazırda dövlətimiz və xalqımız işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə köklənib. Xüsusilə 10 noyabr birgə Bəyanatına əsasən, kommunikasiyaların bərpa edilməsi Azərbaycanın maraqlarına tam uyğundur. O cümlədən Zəngəzur dəhlizinin açılması nəinki ölkəmizin, hətta bütün türk dünyasının strateji mənafeyinə cavab verir. Bir sözlə, böyük hədəflərimizə doğru irəliləyirik. Laçında, laçınlılarla “Laçın Şəhəri Günü”nü qeyd etməyimizdən sevincli nə xəbər  olsun ki?! Füzuliyə qayıdış başlayıb, niyə sevinmirsiniz?  Buna sevinməyən ermənilərdir. Bəs, sizə nə olub, siz niyə sevinə bilmirsiniz? Məgər müxalifətçi olmaq budur?

Daha çox xəbərlər