Qubada Rusiya vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb

Qubada Rusiya vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb

Qubada Rusiya vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.

APA xəbər verir ki, hadisə rayonun Səbətlər kəndində qeydə alınıb.

1965-ci il təvəllüdlü, Rusiya Federasiyasının vətəndaşı Xudayar Allahverdiyev yaşadığı fərdi yaşayış evinin dam örtüyünü sökən zaman tavanın çökməsi səbəbindən yıxılıb.

X.Allahverdiyev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.