Sabirabadda naməlum avtomobil piyadanı vuraraq öldürüb
Sabirabadda naməlum avtomobil piyadanı vuraraq öldürüb.
APA-nı Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Suqovuşan kəndində qeydə alınıb.
Naməlum avtomobil Suqovuşan kənd sakini, 1957-ci il təvəllüdlü Qurbanəli İsmayıl oğlu Məhərrəmovu vuraraq öldürüb. Hazırda polis tərəfindən piyadanın ölümünə səbəb olan avtomobil və sürücünün axtarışları istiqamətində əməliyyat aparılır.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi açılıb.

