Dünya 

İqlim dəyişikliyinin günahkarı mal-qara imiş – Milyarderdən SENSASİON AÇIQLAMA

Kənd təsərrüfatında istifadə olunan mal-qara və gübrələr iqlim dəyişikliyinə təsir edən amildir.

ARANTV.AZ xəbər verir ki, amerikalı sahibkar və xeyriyyəçi Bill Qeyts özünün “Unconfuse Me” podkastının efirində qlobal problemin mühüm səbəbini qeyd edib.

Qeytsə görə, insanların çoxu hələ də kənd təsərrüfatının qlobal istiləşmədə rolundan xəbərsizdir. “İqlimin bütün aspektləri arasında insanların ən az düşündüyü problem inəklər, qoyunlar və gübrələrdir və bu, çətinliklərə səbəb olur”, – deyə sahibkar bildirib.

Qeyts əlavə edib ki, o, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün alternativ bitki əsaslı məhsullar istehsal edən şirkətləri dəstəkləyir. Xeyriyyəçi vurğulayıb ki, bitki əsaslı ət istehsalçısı Impossible yaxşı bazar inkişaf strategiyasına malikdir, ona görə də o, şirkətin gələcəyinə nikbin baxır.

Daha çox xəbərlər