İranlı hökumət mollasından cəfəng bəyanat: “İnsanlar xərclərimizi ödəməlidirlər” – VİDEO
İranda hökumət mollası iddia edib ki, mollaların xərclərini ödəmək xalqın borcudur.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
“Xərclərimizi ödəmək insanların borcudur, mən lütf edib insanlardan pul alıram!” – deyə o qeyd edib.
İnsanlara xidmət etdiyini bildirən müftəxor molla bu xidmətinin də qarşılığını insanlardan almalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, o, Allaha borcludur, guya aldığı pulu da dini işlər üçün xərcləyir.

