Cəmiyyət 

Cəzasızlıqdan azğınlaşma…

Livandakı səfirliyimizə hücum erməni terrorunun digər ölkələrdə fəaliyyət göstərən diplomatlarımızı da hədəf aldığını göstərir

Döyüş meydanlarında rəşadətli ordumuz qarşısında duruş gətirə bilməyən, qorxaq çaqqal sürüsü kimi qaçıb Ermənistandakı əks cinsdən olanlarının arxasında gizlənən ermənilər öz faşist xislətlərini hər zaman dinc, əliyalın insanlarımıza göstərdikləri kimi, beynəlxalq hüququn bütün norma və prinsiplərini pozaraq xarici ölkələrdəki diplomatik korpuslarımıza vəhşicəsinə hücumlar etməkdən də çəkinmirlər. Azərbaycanın Respublikasının Livandakı səfirliyinə edilən son bir il ərzində ikinci hücum bir daha göstərdi ki, vandallıq, terrorizm erməni xislətinin heç zaman sağalmayacaq xəstəliyidir və insanlığın üz qarası olan bu məxluqatların nə vaxtsa düzələcəkləri ehtimalı sıfıra bərabərdir.

Məlum olduğu kimi, avqustun 29-da Beyrutdakı diplomatik korpusumuzun qarşısında aksiya keçirən 50-yə yaxın azğınlaşmış erməniəsilli şəxslər özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasının içinə atıb, ətrafdakı hasara zərbələr endiriblər. Hücum nəticəsində səfirliyin əməkdaşları arasında xəsarət alan olmasa da, bu barbarlıq aktı digər xarici ölkələrdə fəaliyyət göstərən diplomatlarımızın da təhlükəsizliyinə təhdidlərin yarandığını göstərir. Yəni, terroru dövlət siyasətinə çevirmiş Ermənistanın sabah 2022-ci ildə olduğu kimi yenə ABŞ-da, Böyük Britaniyada, Fransada, bu ilin əvvəlində səfirliyimizin əməkdaşının qətlə yetirildiyi İranda diplomatik korpuslarımıza qarşı qanlı hücumlar törətməyəciyinə heç kim zəmanət verə bilməz.

Livandakı son hadisə ötən ilin sentyabrın 16-dan bu yana ermənilərin səfirliklərimizə qarşı artıq beşinci xain təxribatıdır. Belə ki, sözügedən tarixdə yalnız Beyrut polisinin müdaxiləsindən sonra mindən artıq erməni terrorçusunun səfirliyimizə hücumunun qarşısını almaq mümkün olmuşdu. Həmin vaxt asayiş keşikçiləri ilə ermənilər arasında toqquşma baş vermiş, hüquq-mühafizə orqanlarının əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə etməli olmuşdular. Sonradan məlum oldu ki, əvvəlcədən planlaşdırılmış təxribata cəhd “Daşnaksütyun” və “Hnçak” partiyalarının çağırışı ilə baş tutub. Radikal millətçilərinin və cinayətkar qruplarının  siyasi fəaliyyət donu geyindirmək üçün istifadə etdikləri “Daşnaksütyun” partiyasının isə ASALA terror təşkilatı ilə sıx əməkdaşlıq etdiyi çoxlarına məlumdur.

Yeri gəlmişkən, terrorizmin bütün növləri dövlət siyasətinin mühüm bir hissəsini təşkil edən Ermənistan bu gün dünyada 10-dan artıq terror təşkilatına sahibdir. Bu təşkilatlar açıq şəkildə yerli hökumət, xaricdəki erməni lobbisi tərəfindən dəstəklənir və maliyyələşdirilir. Bəziləri dünyanın fərqli ölkələrində yerləşsələr də bütün erməni terror təşkilatları hər cür cinayətlərlə məşğul olmaqla hələ də “böyük ermənistan” xülyasının reallaşdırılması naminə fəaliyyət göstərməkdədirlər. 1991-ci ildə Fransada yaradılmış “Erməni azadlıq hərəkatı” (AOD), mənzil-qərargahı Dəməşqdə yerləşən, mindən artıq təlim görmüş döyüşçüyə malik “Erməni gizli azadlıq ordusu” (ASOA), yenə də Fransada 1981-ci ildə yaradılmış və dünyanın müxtəlif hava limanlarında 10-dan cox terror aktı həyata keçirmiş “Orli qrupu”, 1972-ci ildə Vyanada “Daşnaksütyun” partiyasının qurultayı zamanı yaradılmış “Erməni soyqırımı ədalət komandosları”, 1988-ci ildən Moskvada fəaliyyət göstərən “Erməni birliyi”, “Geqan”, “Erməni azadlıq cəbhəsi”, “Apostol” və digər təşkilatları birləşdirən ən mühüm məqam isə onların hər birinin ideologiyasında Türkiyə və Azərbaycana qarşı düşmən mövqeyin, açıq təhdidlərin yer almasıdır. Ermənilərin düşmən ölkədə və dünyanın müxtəlif yerlərində fəaliyyətdə olan terror təşkilatlarının “mənəvi rəhbəri” isə sözsüz “Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” – ASALA-dır. 1975-ci ildə yaradılmış, müxtəlif qolları mövcud olan ASALA, eyni zamanda, digər erməni terror təşkilatları, xüsusilə radikal millətçi “Daşnaksütyun” partiyası ilə sıx əməkdaşlıq edir, onlara müxtəlif istiqamətlərdə köməklik göstərir.

Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı və İkinci Qarabağ müharibəsində erməni terror təşkilatları, xüsusilə də ASALA həm birbaşa döyüş əməliyyatlarında, həm də xaricdən muzdlu terrorçuların cəlb edilməsində yaxından iştirak ediblər.

ASALA-nın rəhbərlik etdiyi beynəlxalq erməni terror şəbəkəsinin qara tarixində toxunulmazlıq hüququna malik diplomatlara (əsasən Türkiyə Cümhuriyyətinin Qərb ölkələrindəki səfirlərinə və diplomataik korpus nümayəndələrinə) qarşı törədilmiş cinayətlər xüsusi yer tutur.

Beləliklə, Beyrut polisi 2022-ci ildə vəzifəsini lazımi səviyyədə yerinə yetirə bilmişdi. Özü də “erməni yuvasında”, Livanın ermənilərin tarixi Azərbaycan torpaqlarında qurulmuş Ermənistandan sonra ən çox məskunlaşdıqları ölkələrdən olmasına baxmayaraq. Bu baxımdan həmin hadisədən sonra Livanın hüquq-mühafizə orqanları bu ölkədə çoxlu sayda erməniəsilli şəxslərin yaşaması faktını, hətta hökumətin müxtəlif qurumlarında kifayət qədər ermənilərin və ermənipərəstlərin işlədiyini nəzərə alaraq səfirliyimizin binasının mühafizəsini daha etibarlı təmin etməli idi. Ancaq son təxribat zamanı polislər hadisə yerinə gələnə kimi erməni terrorçuları artıq oranı tərk edib getmişdilər. Deməli, Livan diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərinə məsuliyyətlə yanaşmaq, səfirliyimizin təhlükəsizliyini təmin etmək borcunu yerinə yetirə bilməyib. Bütün bunlar isə hadisədə Livan hökumətinin müəyyən dairələrinin marağı və ya birbaşa əli olduğu görüntüsü yaradır.

Ermənilərin azğınlaşmasının ən əsas səbəblərindən biri də cəzasızlıqdır. Odur ki, dünya ictimaiyyəti, nəhayət bu qudurmuş erməni itlərinin hamının gözü qarşısında törətdikləri cinayətlərlə beynəlxalq qanunları tapdamalarına, yaşadıqları hər ölkədə terror təhlükəsi saçmalarına son qoymaq üçün hərəkətə keçməli, bu cəzasızlığa son qoyulmalıdır. Əks halda, bu işi də Azərbaycan təkbaşına etməli olacaq. Necəsini ermənilər daha yaxşı bilir…

Daha çox xəbərlər