“Ağ ölüm”ə “yox” deyək!
Cəlilabadda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi rayon İcra Hakimiyyətinin hazırladığı tədbirlər planına uyğun olaraq komissiyanın daim diqqət mərkəzində olmuşdur. Rayonda yerləşən idarə və təşkilatlarda ali və orta təhsil müəssisələrində, Cəlilabad Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya, inzibati orqanlar və narkoloji dispanserin həkimləri tərəfindən mütəmadi olaraq narkomaniyanın qarşısının alınması barədə müxtəlif mövzularda müharizələr oxunmuşdur.
Cari il ərzində xüsusilə gənclərin asudə və istirahət vaxtlarının səmərəli keçirilməsi təmin olunmuş, bu sahədə Gənclər və idman idarəsinin fəaliyyəti gücləndirilmişdir. Narkomaniyaya, alkoqolizmə və diğər zərərli vərdişlərə qarşı mübarizə mövzusunda keçirilən yığıncaqlarda gənclər iştirak etmişdir. Rayon Gənclər və idman idarəsi 2022-ci ildə aidiyyəti təşkilatlarla sıx əlaqə yaradaraq cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniyaya qarşı mübarizəni daha da gücləndirmiş,yeniyetmə və gənclər arasında bəşəriyyət üçün bəla olan narkomaniya ilə əlaqədar mütəmadi maarifləndirici tədbirlər həyata keçirilmişdir. 9 fevral 2022-ci il tarixində Masallı Regonal Mədəniyyət İdarəsi Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyi rayon 8 saylı tam orta məktəbinin şagirdləri ilə birlikdə narkomanlığa qarşı mübarizə ilə əlaqədar tədbir keçirilmişdir. 18 fevral 2022-ci il tarixində Cəlilabad Tibb Kollecində Ombudsmanın Cəlilabad Regional Mərkəzi və rayon Gənclər və idman İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir təşkil olunmuşdur. 9 mart 2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetitinin Cəlilabad filialında, Cəlilabad Rayon İcra Hakimiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatı dəstəyi ilə “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirici xarakterli tədbir maraqla qarşılanmışdır. 12 mart 2022-ci il tarixdə rayon Polis şöbəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon təhsil sektoru, məktəb kollektivi və şagirdlərin iştirakı ilə şəhər 9 nömrəli tam orta məktəbində “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə bəşəriyyət qarşısında duran ən mühüm məsələ kimi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. 27 aprel 2022-ci il tarixində Cəlilabad Rayon İcra Hakimiyyəti, rayon Polis şöbəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon təhsil sektoru tərəfindən “Narkomaniyaya “yox” deyək” mövzusunda tədbir təşkil olunmuşdur. 16 may 2022-ci il tarixində rayon İcra Hakimiyyəti, rayon Polis şöbəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon təhsil sektorunun əməkdaşları tərəfindən Gülməmmədli kənd tam orta məktəbində “Narkomaniyaya “yox” deyək” mövzusunda maarifləndirici görüş keçirilmişdir. 23 iyun 2022-ci il tarixində Cəlilabad Rayon Heydər Əliyev Mərkəzi, rayon Mədəniyyət Mərkəzi və Rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Gələcəyimizi bir yerdə qoruyaq, nakomaniyaya son deyək” tədbiri keçirilmişdir. 24 iyun 2022-ci il tarixində Heydər Əliyev Mərkəzində rayon Gənclər və idman idarəsi, Ombudsmanin Cəlilabad Regonal Mərkəzi və Lənkəran-Astara Regonal Təhsil İdarəsinin Cəlilabad rayon sektorunun birgə təşkilatçılığı ilə 26 iyun-Beynəlxalq Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması məqsədi ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir kecirilmişdir.
20 avqust 2022-ci il tarixdə Cəlilabad Heydər Əliyev Mərkəzində Cəlilabad rayon Gənclər və İdman İdarəsi və Ombudsmanın Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Ağ ölümə “yox” deyək!” devizi altında dəyirmi masa kecirilmişdir.
Göstərilən müddət ərzində xüsusilə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi təmin olunmuş, bu sahədə rayon gənclər və idman idarəsinin fəaliyyəti gücləndirilmişdir. Narkomaniyaya, alkoqolizmə və digər zərərli vərdişlərə qarşı mübarizə mövzusunda keçirilən yığıncaqlarda 3000-dən çox gənc iştirak etmişdir.
Narkoloji dispanserin işçiləri tərəfindən gənclər və yeniyetmələr arasında narkomanlığa aid sorğular keçirilmiş və sorğular zamanı qeydiyyatdan kənarda qalan narkomanlar müəyyən edilərək müalicəyə cəlb olunmuşlar. 2022-ci ilin sentiyabr ayının sonuna qədər rayon narkoloji dispanserdə cəmi 158 nəfər narkotik vasitələrdən istifadə edən şəxslər qeydiyyatda olmuş, onlardan 140 nəfəri narkoman, 18 nəfər profilaktiki qeydiyyatdır.
Qalib Xudaverdiyev,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri

