Hadisə 

Mingəçevirdə qəza olub, ölən və yaralananlar var – YENİLƏNİB + FOTO

Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayon Hürüuşağı kəndi ərazisindən keçən hissəsində iki minik avtomobilinin toqquşması nəticəsində ölən şəxsin kimliyi məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, VAZ-2107 və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon Qaramanlı kənd sakini, 2002-ci il təvəllüdlü Seymur Samir oğlu Talıbov dünyasını dəyişib.

Qəza zamanı daha altı nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

13:37

Mingəçevir şəhərində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, şəhər ərazisində 90-ES-662 dövlət qeydiyyatı nömrə nişanlı VAZ-2107 avtomobili əks istiqamətdən gələn 77-XL-145 dövlət qeydiyyatı nişanlı “Hyundai” markalı avtomobillə toqquşub.

VAZ avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib. Digər sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisənin təfərrüatı araşdırılır.

 

Daha çox xəbərlər