Cəmiyyət 

Tədris müəssisələrində tətbiq olunan vahid məktəbli formasının qiyməti VAHİD DEYİL… – VİDEO

Vahid məktəbli forması tətbiq olunur, ancaq nə qiyməti vahiddir, nə də keyfiyyəti.

Xezerxeber.az xəbər verir ki, üstəlik bəzi bölgələrdə hələ də məktəbli formaları qəhətdi. Məsələn, Bərdə və Şəkidə yaşayan valideynlər deyir ki, satış məntəqələrinin olmaması səbəbindən məcburən ətraf rayonlara, bəzi hallarda isə paytaxta gəlmək məcburiyyətində qalırlar.

“Bəs ölkə üzrə tətbiq olunan vahid məktəbli formasının əlçatanlığı niyə təmin olunmur?. “Xəzər Xəbər” bu sualla üz Bakı Tikiş Evinə üz tutub.”

Firmanın Satış şöbəsinin müdiri Etibar Əzimov bildirdi ki, ölkə üzrə məktəbli formalarının satışı məsələsi birbaşa onlardan asılı deyil. Yəni Bakı Tikiş evinin paytaxda 10, regionlarda isə cəmi 11 məntəqəsi fəaliyyətdədir.

Şöbə müdiri deyir ki, firmalar müxtəlif olduğundan qiymət və keyfiyyətdə də fərq hiss oluna bilər. Bakı Tikiş Evinin rəsmisi məktəbli forması almaq üçün vətəndaşların paytaxta üz tutması məsələsinə də münasibət bildirib.

Daha çox xəbərlər