Cəlilabadda “KamAZ” aşdı, ölən var

Cəlilabadda “KamAZ” aşdı, ölən var

Cəlilabadda “KamAZ” aşıb, ölən var.

“Report”un məlumatına görə, hadisə rayonun Ləkin kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü Söhbət Məmişov idarə etdiyi “KamAZ” markalı yük avtomobilini aşırıb.

Sürücünün meyiti avtomobildən çıxarılıb. İlkin məlumata görə, o, ürək çatışmazlığından vəfat etdikdən sonra qəza baş verib.

Faktla bağlı araşdırma aparılır.