XOCALIDA MƏHV EDİLMİŞ QULİYEVLƏR AİLƏSİNİN XATİRƏSİNİN ANILMASI MÜNASİBƏTİLƏ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
Artıq o insanların ruhunu utanaraq, məğlub xalq kimi deyil, başıuca, qalib xalq kimi anırıq
Erməni vandallarının Azərbaycan xalqına, günahsız, əliyalın insanlarımıza qarşı törətdiyi insanlığa sığmayan Xoclı faciəsinin qurbanlarının xatirəsi hər daim xalqımız tərəfindən dərin hüznlə anılır, yad edilir. Lakin 44 günlük Vətən Müharibəsində qazanılan qələbəmiz həmin insanların narahat ruhlarına bir rahatlıq gətirdi. Biz artıq o insanların ruhunu utanaraq, məğlub xalq kimi deyil, başıuca, qalib xalq kimi anırıq. 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun parlaq Zəfəri ilə Azərbaycanın işğal edilmiş əraziləri azad edildi, qüdrətli Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla dinc əhaliyə qarşı soyqırımtörətdilər.Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olundu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü. Bu gün də Xocalı faciəsinin, onun insanlığa sığmayan dəhşətli nəticələrinin beynəlxalq aləmdə daha da geniş şəkildə tanıdılması və təbliğ edilməsi məqsədilə müxtəlif tədbirlər keçirilir.«Arantv.az»-ın verdiyi məlumata görə, məhz bu günlərdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin akt zalında “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi tərəfindən faciə zamanı məhv edilmiş Quliyevlər ailəsinin xatirəsinin anılması münasibəti ilə yeni layihənin təqdimatı keçrilib.Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Ceyran Əzizova və Valeh Hüseynovun birgı hazırladığı tədbirdə Xocalı soyqırımında məhv edilmiş bir aliədən, Zəkara Quliyevin ailəsindən bəhs edilib. Bir ailənin 7 üzvü və xeyli sayda şəhid olmuş qohumlardan söz açılıb. Xocalının Millət vəkili Elman Məmmıdovun anası, xalası oğlu və qaynatası Zəkara Quliyevin ailısinin necə faciəvi şəkildə erməni çəlladlarının gülləsinə tuş gəlməsindən danışılıb. Təqdimatda qeyd olunub ki, faciə zamanı Xocalıda 9 ailə tamamilə məhv edilib. Belə ki, Quliyevlər ailəsinin 9 üzvü xüsusi amansızlıqla qətlə yetrilib. Tədbiri açan “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Xocalı şəhərindən məcburi köçkün, şəhid Vasif Məmmədovun ömür-gün yoldaşı Ceyran Əzizova iştirakçıları salamalayaraq, layihənin həyata keçrilməsində əməli köməklik göstərən Valeh müəllimə və Ayna Allahyarqızına öz minnətdarlığını bildirib. Çıxış edən şəhidlərin qohumları düşmənin xüsusi amansızlıqla dinc, silahsız mülki əhaliyə qarşı törətdikləri vəhşilikləri göz yaşları ilə dilə gətiriblər. Qeyd edibl ki, xüsusi ilə körpələrə və yaşlı insanlara, qadınlara qarşı dəhşətli qətllər törədilmişdir. Tədbirdə «Aran Media» GROUP-un rəhbəri, pedaqoq, ilin müəllimi Şeyda Əzizqızı, Əməkdar Müəllim Zülfiyyə Vəliyeva və digər iştirakçılar faciə ilə bağlı çıxışlar ediblər. Şeyda Əzizqızı erməni vandallarının əsrlər boyu Azərbaycan türklərinə qarşı törətdikləri vəhşiliyi əks etdirən tarixi faktları təqdimat iştirakçılarının diqqətinə çatdırıb və bildirib ki, dünya praktikasında belə bir vəhşilik hallarına rast gəlmək qeyri-mümkündür. Xanım redaktor xüsusi vurğulayıb ki, çox təəssüf, beynəlxalq aləm bu vandalizmə nəinki göz yumur, hətta müəyyən məqamlarda ermənilərə havadarlıq edirlər: «Millətimizin başına gətirilən bütün bu ədalətsizliklərə 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş etdirərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək son qoydu. Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri qaytardı və düşmən üzərində parlaq zəfər qazandı». Şeyda Əzizqızı onu da bildirib ki, xalqımız hər daim, Xocalı faciəsi başda olmaqla, müxtəlif zamanlarda erməni vəhşiliyinə məruz qalmış Vətən uğrunda şəhid olanları əsla unutmur, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazıblar. Çıxışını tamamlayan media rəhbəri Xocalı faciəsi cəlladlarınınədalət kürsüsündə oturacaqları, Xocalıda Azərbaycan bayrağının dalğalanacağı günün çox da uzaqda olmadığını təqdimat iştirakçılarının diqqətinə çatdırıb.
Sonda xatirə şəkli çəkdirilib








Şeyda Əzizqızı
«Aran Media» GROUP-un rəhbəri

