Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı: Üçü Səudiyyə Ərəbistanındandır – SİYAHI
Yay transfer pəncərəsində yeni oyunçuların alınmasına ən çox pul xərcləyən klublar açıqlanıb.
Siyahıya yeni gələnlər üçün 464 milyon avro yatıran “Çelsi” (İngiltərə) başçılıq edir. İkinci sırada “Əl-Hilal” qərarlaşıb. Səudiyyə Ərəbistanı klubu gücləndirmələrə 353 milyon avro xərcləyib. İlk üçlüyü 350 milyon avro ilə Fransanın PSJ komandası tamamlayıb.
Yay transfer pəncərəsində yeni oyunçulara ən çox pul xərcləyən 10 klub:
1. “Çelsi” (London, İngiltərə) – 464 milyon avro;
2. “Əl-Hilal” (Ər-Riyad, Səudiyyə Ərəbistanı) – 353 milyon avro;
3. PSJ (Paris, Fransa) – 350 milyon avro;
4. “Tottenhem” (London, İngiltərə) – 249 milyon avro;
5. “Mançester Siti” (İngiltərə) – 241 milyon avro;
6. “Arsenal” (London, İngiltərə) – 235 milyon avro;
7. “Mançester Yunayted” (İngiltərə) – 207 milyon avro;
8. “Əl-Əhli” (Ciddə, Səudiyyə Ərəbistanı) – 194 milyon avro;
9. “Liverpul” (İngiltərə) – 172 milyon avro;
10. “Ən-Nəsr” (Ər-Riyad, Səudiyyə Ərəbistanı) – 165 milyon avro.
Mənbə: transfermarkt.com

