Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb.
APA xəbər verir ki, 1963-cü il təvəllüdlü Vüqar Maşallah oğlu Muradov idarə etdiyi VAZ-2106 markalı avtomobillə piyada Qürvət Mürvət oğlu Ömərovu vurub.
Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
