Hadisə 

Biləsuvarda çoban fermada intihar edib

Biləsuvar rayonunda intihar olub.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Bəydili kəndi ərazisində yerləşən fermada qeydə alınıb.

Fermada çobanlıq edən Salyan rayon sakini, 1991-ci il təvəllüdlü Rövşən Əlifağa oğlu Salmanov özünü asaraq həyatına son qoyub.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər