Cəmiyyət 

Ruhən erməniləşən yaqublular

Bu rəzillər ABŞ-ı və Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırırlar

Siyasət dəllalı olan Tofiq Yaqublunun hələ də gəlir mənbəyi Azərbaycana qarşı böhtanlar yağdırmaqdan, erməni lobbisinin əl maşası olmaqdan qaynaqlanır. O, bütün  qüvvəsini ermənipərəst beynəlxalq təşkilatların sifarişlərini canla-başla yerinə yetirməyə sərf edir. Hətta  ruhən o qədər erməniləşib ki,  ABŞ-ı və Avropa İttifaqını Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırıb.

Tofiq Yaqublunun son bir neçə  ildəki statuslarını oxuyanda hiss edirsən ki, bu vətənsizin sanki kodlaşdırılmış fəaliyyəti yalnız Azərbaycan xalqının və dövlətinin əleyhinə işləməkdən ibarətdir. Məsələn, o, statuslarında yazır: «Mən hesab edirəm ki, Qarabağda yaşayan ermənilərə status verilməlidir». Eyni zamanda, onun «Fransanın ermənipərəst siyasəti bizə sərf edir» fikri də bir azərbaycanlının ölkəsinə qarşı kin və kudurətinin acı reallığıdır.

İkinci Qarabağ  müharibəsindəki tarixi Qələbəmizi məğlub ermənilər nə qədər həzm edə bilmirlərsə, Tofiq Yaqublu da eyni  səviyyədə  qəbul edə bilmir. 44 günlük   müharibədən sonra yaranan reallıqlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bununla bağlı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda Ermənistanın üzərinə öhdəlik qoyulub. Bu dəhlizin açılmaq gerçəkliyi  Ermənistanı nə qədər təşvişə salırsa, bir o qədər də Tofiq Yaqublunu narahat edir. Məsələn, o, Zəngəzur dəhlizi ideyasını «Azərbaycan dövlətinin avantürası» adlandırır. Ancaq anlamır və yaxud anlamaq istəmir ki, birincisi, Zəngəzur dəhlizi Azərbaycanın milli məsələsidir. İkincisi, Zəngəzur dəhlizinin açılması ölkəmizə yeni siyasi-diplomatik qələbələr və iqtisadi imkanlar vəd edir.

Vurğulamaq lazımdır ki, bu xainlə həmrəy olanlar da var. Belə ki, həm AXCP rəhbərliyi, həm də qondarma «Milli Şura»çılar da bu kimi anti-Azərbaycan statuslarla gündəmdə qalmağa çalışırlar. Digər bir rəzillik isə ondadır ki, AXCP sədri Əli Kərimlinin başçılıq etdiyi «qrant dəllaları» Tofiq Yaqublunu cəmiyyətə hər şeyə münasibət bildirən  «siyasi ekspert» kimi sırımağa çalışırlar. Ona görə ki, «cəbhəçi»lər ermənilərin bir çox anti-Azərbaycan çıxışlarına həmrəyliyi Yaqublunun statusları ilə  ifadə edirlər.

Tofiq Yaqublunun daha bir rəzilliyi isə 26 avqust «Laçın Şəhər Günü» ilə bağlı Prezident İlham Əliyevin də iştirak etdiyi bayram tədbirlərinə və atəşfəşanlığa qısqanclıqla yanaşmasıdır. Yaqublu sosial şəbəkə üzərindən Böyük Qayıdışı nağıl adlandırır və insanları bu nağıllara inanmamağa səsləyir. Bu, adam hələ də anlamır ki, Böyük Qayıdış artıq həyat keçirilir və keçmiş məcburi köçkünlər işğaldan azad edilmiş rayonlarda yeni və xoşbəxt həyatlarına başlayıblar. Ermənistan  mətbuatının yazdığına görə, ermənilər Laçındakı atəşfəşanlığı və təntənəni özlərinin yas günü adlandırıblar. Onlar bizim bu kimi möhtəşəm tədbirlərimizdən sonra ölkələrinin acizliyini,  özlərinin isə «böyük millət» ideologiyasının eyforiyaya uğradığını dilə gətirirlər. Bu məntiqdən çıxış etsək Laçındakı bayram təntənəsini Tofiq Yaqublunun və onun ətrafının qaranlıq günləri də hesab etmək olar.

Yaqublunun ölkəmizə yönəlik erməni böhtanlarına dəstək verən fikirlərini saymaqla qutarmaq olmur. Necə ki, onun hayların nökəri olmasını təsdiqləyən daha bir açıqlaması ictimaiyyətdə ciddi etirazlar yaratmışdı. Belə ki, ötən ilin sentyabrın 12-si və 13-ü tarixlərində ermənilərin hərbi təxribatları nəticəsində xeyli hərbçimiz şəhid oldu. Azərbaycan Ordusu qisas əməliyyatları keçirərək Ermənistan ordusunun hərbi məntəqələrini və qərargahlarını darmadağın etdi. Bununla da şəhidlərimizin qisası ikiqat alındı. Bundan narahat olan ermənilər Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyası başlatdılar. Xaricdə erməni lobbisi, daxildə isə tofiq yaqublular bizim haqq işimizə qara yaxmaqla məşğul oldular. Şəxsən o vaxtlarda Yaqublu iddia edirdi ki, guya ordumuz hələ heç bir demilitasiya və demarkasiya aparılmayan sərhəd xəttində Ermənistanın ərazisinə keçib və buna görə beynəlxalq aləm bizi qınayacaq, bunun ziyanını çəkəcəyik. O, sanki bu kimi sərsəmləmələri ilə haylara daha yüksək səviyyədə yarınmaq istədi.

Bəli, bu, bir gerçəklikdir ki, anti-Azərbaycan qüvvələri ilə həmrəylik nümayiş etdirən yaqubluların iç üzləri getdikcə daha çox açılır. Onların «Azərbaycana nə qədər pisdirsə, bizim üçün bir o qədər yaxşıdır» kimi rəzil düşüncələri bir daha göstərir ki, milli hisslərdən məhrum olmuş bu riyakarlar bundan sonra da düzələn deyillər. Çünki onlar artıq erməni lobbisinin əsiridirlər və bu dairədən çıxmağa isə cəsarətləri çatmır.

Daha çox xəbərlər