YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskayanın Alpout ƏPT üzvləri ilə görüşü keçirilmişdir.
Görüşdən öncə rayon təşkilatının sədri Fəqət Şadlinskaya fəallarla birlikdə həmin ərazidə şəhidlərin xatirəsinə salınmış komplekslərə baş çəkmiş, önünə qərənfillər düzmüşdür. Alpout kəndinin mərkəzində keçirilən görüşdə F.Şadlinskaya xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulan dövlətçilik siyasətinin hazırda onun layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmış, ölkəmizin inkişafı nəticəsində daha yüksək nəticələr, uğurlar əldə edildiyinii qeyd etmiş, Azərbaycanın regionda əsas söz sahibi olduğunu vurğulamışdır.
Fəqət Şadlinskaya Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonrakı dövrdə Partiyada aparılan islahatlar, görülən müsbət işlər barədə, ölkə Prezidenti, YAP-ın sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, 44 günlük Vətən müharibəsindəki qələbə, müharibədən sonra aparılan məqsədyönlü siyasət, işğaldan azad edilmiş torpaqlarda aparılan nəhəng quruculuq işləri, böyük Dirçəliş hərəkatı, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı haqqında danışmişdır.
Görüşdə iştirak edənlərdən partiya üzvləri Südabə Əliyeva, Şahin Gülmmədov, Diləfruz Əliyeva, Gülşən Əliyeva və digərləri çıxış edərək bidirdilər ki, bizi Qələbələrə, Zəfərlərə çatdıran cənab Prezident İlham Əliyevin ətrafında xalqımızın dəmir yumruq kimi sıx birliyidir və bu gün də bütün azərbaycanlı xalqı cənab Prezidentə inanır, arxalanır və arxasında dayanıb.
Görüş zamanı Fəqət Şadlinskaya kənd əhalisinin müraciətlərini dinlədi.
Tədbirdən sonra rayon təşkilatının sədri Fəqət Şadlinskaya və YAP fəalları ilə birlikdə Vətən müharibəsi şəhidləri Rəhimli Elcan Eldar oğlu, Əhmədov Cavanşir Elxan oğlu və Ermənistanın atdığı “Smerc” tipli raket- bomba nəticəsində həlak olmuş mülkü şəhidlər Cəfərova Ofeliya Məcid qızı, İskəndərli Aysu Rövşən qızı, İsmayılov Etiram Xəlil oğlu, Əhmədova Aybəniz Əşrəf qızı, Əliyeva Almaz Salah qızının ailələrinə baş çəkmiş, onlara dəstək olmağa çalışmışlar.
Görüş zamanı şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.







