Siyasət 

Aİ Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma seçkiləri tanımadığını bəyan etdi – FOTO

Avropa İttifaqı (Aİ) Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma seçkiləri tanımadığını bəyan edib.

Bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Nabila Massrali bildirib.

“2023-cü il sentyabrın 9-da Xankəndində keçirilmiş qondarma prezident seçkilərini nəzərə alaraq, Avropa İttifaqı bir daha bəyan edir ki, seçkilərin keçirildiyi konstitusiya və hüquqi çərçivələri tanımır”, – deyə Nabila Masrali qeyd edib.

 

Daha çox xəbərlər