Cəbhədən Xəbər 

Xocavənd istiqamətində növbəti təxribatın qarşısı alınıb

Sentyabrın 9-u saat 19:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.

Daha çox xəbərlər