Onları bir araya gətirən səbəb
EL Yaradıcılıq Mərkəzinövbəti layihəsini təqdim edib. ARANTV.AZ xəbər verir ki, mərkəzin tələbəsi Firüzə Məmmədova tanınmış müğənni İlhamə Qasımova ilə bir araya gələrək illər öncə hitə çevrilmiş “Taleyim, gəl” mahnısını ifa edib. Duetə müğənni Elnarə Xəlilovanın ideyası əsasında ekran həyatı verilib. Bu gün “Taleyim, gəl” klipi media nümayəndələrinə təqdim edilib. Təqdimat zamanı İlhamə Qasımova, Elnarə Xəlilova media nümayəndələrinin suallarını cavablayıb.

