Dünya 

İndoneziyada güclü zəlzələ baş verib

İndoneziyada 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Onun sözlərinə görə, yeraltı təkanların episentri 101 min nəfərdən çox əhalisi olan Ternate şəhərindən 39 km şimal-şərqdə olub. Mənbə isə 160 km dərinlikdə olub.

Ölənlər və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Mənbə: TASS

Daha çox xəbərlər