Cəmiyyət 

ƏBƏDİ BİRLİK” GİB-NİN TƏŞKİLATÇILIĞI İLƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ “MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM! ADLI GÖRÜŞ BAŞ TUTDU

”ARANTV.AZ-ın verdiyi xəbərə görə 10.09.2023 tarixində Azaro plazada “ Əbədi Birlik” GİB-nin təşkilatçılığı ilə Ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” adlı görüş təşkil edildi. Görüşdə Prezident mükafatçısı, Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin əlbəyaxa döyüş baş məşqçi-müəllimi, Fəxri bədən tərbiyəsi və idman işçisi, Əməkdar məşqçi, Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyasının Prezidenti Rəsul Məmmədov, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin təsisçisi və sədri Şahin Əliyev, Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyasının beynəlxalq əlaqələr üzrə vitse- prezidenti, “Joint Operating Company of Absheron Petroleum” neft şirkətinin əməliyyatlar üzrə direktorun müavini Məğrur Əhmədov, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin maliyyə departamentinin rəhbəri Murad Nəbiyev, ”Min İl Tədris Mərkəzi”-nin təsisçisi və rəhbəri, ”Aran Media Group”-un meneceri Nərmin Quliyeva, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin AZMİK nümayəndəliyinin koordinatoru Faiqə Muğalzadə, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin Kombat Ciu-Citsu bölməsinin xanım idmançıları və gənclər iştirak etmişdirlər.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin açılış mərasimində söz ilk olaraq Prezident mükafatçısı, Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin əlbəyaxa döyüş baş məşqçi-müəllimi, Fəxri bədən tərbiyəsi və idman işçisi, Əməkdar məşqçi Rəsul Məmmədova verildi. O, gənclərə döyüş sənətinin incəliklərindən söhbət açdı.

Tədbirin ikinci hissəsində Rəsul Məmmədovun tədbir iştirakçılarına praktiki olaraq bir sıra döyüş fəndlərini göstərməsi böyük marağa səbəb oldu. Həmçinin, Rəsul Məmmədov gənclərin suallarını da səmimi şəkildə cavabladı.

Görüşün sonunda “Əbədi Birlik”GİB-nin sədri Şahin Əliyev tədbir iştirakçılarına öz təşəkkürlərini bildirdi və xatirə şəkli çəkildi.

Nərmin Quliyeva

“Aran Media Group”-un meneceri

Daha çox xəbərlər