Cəmiyyət 

Ailənin tək övladı Sumqayıt şəhidi Bəxtiyarın son görüntüsü – VİDEO

Baku TV Sentyabr döyüşlərində qəhrəmancasına şəhid olan əsgər Bəxtiyar Muradovun ailəsini ziyarət edib.

Şəhidin anası Yeganə Muradova övladının şəhidlik xəbərini almasından danışıb:

“Həyət insanlarla doldu. Məni aldatdılar, dedilər, yaralanıb. Gecə saat üç idi, qaynımdan soruşdum, dedi ki, Bəxtiyar şəhid olub”.

Y.Muradovanın sözlərinə görə, yeganə övladının toyunu etməyi arzulayırmış:

“Həmişə deyirdim ki, onun bəy otağı olacaq. Oğlumun bəy otağını şəhid otağı etdim”.

Ətraflı videonu təqdim edirik:

Daha çox xəbərlər