Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskayanın Zümürxan kənd ƏPT üzvləri ilə görüşü keçirilmişdir+Fotolar

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskayanın Zümürxan kəndində ərazini əhatə edən partiya üzvləri və əhali ilə görüşü keçirilmişdir. Görüşdən öncə rayon təşkilatının sədri Fəqət Şadlinskaya fəallarla birlikdə həmin ərazidə şəhidlərin xatirəsinə salınmış komplekslərə baş çəkmiş, önünə qərənfillər düzmüşdür. Görüşdə F. Şadlinskaya xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulan dövlətçilik siyasətinin hazırda onun layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmış, ölkəmizin inkişafı nəticəsində daha yüksək nəticələr, uğurlar əldə etdiyini qeyd etmiş, Azərbaycanın regionda əsas söz sahibi olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Torpaqlarımızın işğaldan azad edilməsi tariximizin ən böyük Qələbəsidir. Bu gün dünya liderləri Azərbaycan Prezidenti ilə hesablaşır.
Görüsdə Fəqət Şadlinskaya Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra keçən müddət ərzində əldə olunan uğurlardan danışmış, ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın siyasətin humanistləşdirilməsində apardığı işlərə diqqət çəkmişdir. Hər bir inkişaf və tərəqqinin məhz insan amilinə xidmət etdiyini qeyd edən rayon təşkilatının sədri F.Şadlinskaya rayonda gedən işlərin də mahiyyətində məhz bu amilin öndə olduğunu vurğulamışdır.
Səmimi söhbət və diskussiya şəraitində keçən görüşdə partiya üzvləri və kənd sakinləri Yusubov Nadir, Allahverdiyev İbrahim, Əliyev İbadət, Şirinova Süsən çıxış edərək cənab Prezident İlham Əliyevin gördüyü bütün işlərin xalqımızın firavan yaşaması və ölkəmizin daha da çiçəklənməsi naminə həyata keçirildiyini bildirmişlər. Xüsusi qeyd etmişlər ki, onlar bütün Azərbaycan xalqı kimi ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək siyasətini ürəkdən dəstəkləyirlər.
Görüş zamanı Fəqət Şadlinskaya kənd ərazisindəki müxtəlif problem və çətinliklərlə bağlı müraciətləri də dinlədi.
Görüşdən sonra Fəqət Şadlinskaya YAP fəalları ilə birlikdə həmin ərazidə yaşayan Vətən müharibəsi şəhidi Allahverənov Məhəmməd Zöhrab oğlunun ailəsinə baş çəkmiş, onlara dəstək olmağa çalışmışlar.
Görüş zamanı şəhidin anası Səadət xanım onlara olan qayğının daima dövlətin diqqət mərkəzində saxlanıldığından məmnun olduğunu bildirmişdir.

Daha çox xəbərlər