Azərbaycan basketbol millisi dünya reytinqində neçəncidir?
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya reytinqində beş pillə geriləyib.
Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytının yaydığı məlumata görə, yığma 66,7 xalla 118-cidir. Komanda Avropa zonasında 45-ci sırada qərarlaşıb.
ABŞ millisi 786,6 xalla liderdir. 778,2 xala malik İspaniya ikinci, 759,7 xalı olan son dünya çempionu Almaniya isə üçüncü pillədədir.

