Siyasət 

“Əfqanıstan İslam Əmirliyi” Azərbaycanın Kabildəki səfirliyinin işini təmin etməyə hazırdır – VİDEO

Əfqanıstana nəzarət edən “Taliban” hərəkatı Azərbaycanın Kabildəki səfirliyinin işini təmin etməyə hazır olduğunu bəyan edib.

“Report” xəbər verir ki, bu barədə “CBC-Azerbaijan” telekanalına eksklüziv müsahibəsində hərəkatın mətbuat katibi Zəbihullah Mücahid bildirib.

Onun sözlərinə görə, “Əfqanıstan İslam Əmirliyi” Azərbaycanın Əfqanıstanda səfirliyinin açılmasına yüz faiz hazırdır:

“Biz bununla bağlı zəmin yaratmağa və lazımi işləri görməyə hazırıq. Biz də istərdik ki, Azərbaycanda bizim nümayəndələrimiz olsun”.

Z.Mücahid vurğulayıb ki, “Əfqanıstan İslam Əmirliyi” Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir:

“Məlum olduğu kimi, ərazi bütövlüyü məsələsi Əfqanıstan üçün son dərəcə vacibdir. Hesab edirəm ki, bu, Azərbaycan üçün də eyni dərəcədə mühüm əhəmiyyət kəsb edir”.

 

Daha çox xəbərlər