Dünya 

Kanada sahillərində güclü zəlzələ qeydə alındı

Kanada sahillərinin qərbində 5,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 2 min nəfər əhalisi olan Port Maknill şəhərindən 228 kilometr qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Ölən və yaralananlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

Daha çox xəbərlər